Vacancy

Send your CV

DOWNLOAD CV
YOUR MESSAGE HAS BEEN REGISTERED. YOU WILL BE CONTACTED SOON.
CV must be in PDF or
Microsoft word format

İnsan Resursları şöbəsinin məqsədi müəssisənin lazımi kadrlarla təmin edilməsi və işçilərin potensialından səmərəli istifadə edilməsinə kömək etməkdir. Siz də bizim komandamızın bir üzvü olmaq və Biyan kollektivi ilə birlikdə çalışmaq istəyisinizsə CV-nizi bizə göndərin.

Vakansiyalar ilə bağlı əlavə məlumat üçün +994 00 000 00 00 mobil nömrəsi ilə əlaqə saxlamanızı və ya CV-lərinizi [email protected] ünvanına göndərmənizi xahiş edirik.

Tibbi nümayəndə

İş barədə məlumat

“Biyan Products” MMC “satış üzrə mütəxəssis” vəzifəsi vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

Müştəri bazasının formalaşdırılması və mövcud korporativ müştərilərlə əlaqələrin qurulması; Yeni müştərilərin cəlb edilməsi və onlarla danışıqların aparılması; Şirkətə məxsus olan məhsulların tanıtımı və təqdimatı; Mütamadi olaraq tibb müəssisələrində və apteklərdə görüşlərin keçirilməsi; Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək; Müştəri məmnunliyyətini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;

Görülən işlər barədə gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizədən tələblər:

Təhsil: Ali (tibb təhsilli namizədlərə üstünlük verilir); Yaş: 25-40 ;İş təcrübəsi: Satış sahəsində 1 ildən çox, həmçinin aptek işçisi və dərman satışı üzrə təcrübəsi olanlara üstünlük verilir; Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və İngilis dili (arzuolunandır); İT üzrə biliklər: MS Office proqramları.

Şəxsi keyfiyyətləri:

Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı; Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı; Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

İş şərtləri:

Rəsmi müqavilə bağlanılır; İş vaxtı: 09:00-dan– 18:00-dək; İş qrafiki: I-V günlər; Mütamadi olaraq regionlara ezam edilir.

Təkliflər:

Əmək haqqı fix maaş; Əlavə olaraq satışa uyğun bonus hesablanır.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərin [email protected] elektron ünvanına göndərmələrii xahiş olunur.