Biyan dünyada və Azərbaycanda

Biyan paxlakimilər fəsiləsinə aid çoxillik dərman bitkisidir. Hündürlüyü 60-100 santimetr, çiçəyi solğun bənövşəyidir. 3-4 il ərzində biyanın kökləri daima yeni zoğlar verdiyindən və şaxələndiyindən torpaqda onlarla kvadrat metr məsafəni əhatə edir və 2-7m dərinliyə qədər uzanır.

Dünyada biyan bitkisinin 33 növünə İspaniya, Livan, Misir, Avstraliya, Yeni Zelandiya, Kanada, Özbəkistan, Türkmənistan və s. ölkələrdə rast gəlinir. Azərbaycanda biyanın 6 növünə Kür-Araz (Muğan düzü, Kürdəmir, Ucar və Bərdə rayonları) və Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Böyük Qafqazda (Şimal-şərq hissəsi, Alazan-Əyriçay vadisi, Qobustan, Abşeron), Kiçik Qafqazda (Mərkəzi və cənub hissələrində) və Naxçıvanın düzənliklərində rast gəlinir.

Ölkəmizdən biyan bitkisinin kökləri 1886-cı ildən başlayaraq ABŞ-a, 1913-cü ildən isə Fransa, İngiltərə, Yaponiya kimi ölkələrə ixrac olunurdu.

Tikanlı biyan
(Glycyrrhiza aspera Pall.)
Şirin biyan
(G. glabra L.)
Tüklü biyan
(G. echinata L.)
Vəzili biyan
(G. glandulifera Waldst. et Kit)
Qıvrım biyan
(G. hirsuta L. emend. Pall.)
Makedoniya biyanı
(G. foetidissima Taush)

Glycyrrhiza glabra L.

Şirin biyan

Kür-Araz ovalığı, Samur-Dəvəçi ovalığı, Lənkəran-Astara düzənliyi, Xəzərsahili ovalıq, Naxçıvan düzü, Bozqır yaylası, Quba rayonu, Abşeron rayonu, Qobustan rayonu, Kiçik Qafqazın hər tərəfi.

Glycyrrhiza echinata L.

Kələ-kötür biyan

Kür-Araz ovalığı, Samur-Dəvəçi ovalığı, Lənkəran-Astara düzənliyi, Xəzərsahili ovalıq, Naxçıvan düzü.

Glycyrrhiza aspera -Pall.

Tikanlı biyan

Kür-Araz ovalığı, Xəzərsahili ovalıq, Bozqır yaylası.

G. foetidissima Taush

Makedoniya biyanı

Kür-Araz ovalığı, Samur-Dəvəçi ovalığı, Lənkəran-Astara düzənliyi.

G. hirsuta L. emend. Pall.

Qıvrım biyan

Dağlıq ərazilərdə çay və göl kənarlarında.

G. glandulifera Waldst. et Kit

Vəzili biyan

Naxçıvan düzü, Lənkəran, Muğan, aşağı dağ qurşaqlarına qədər, çay sahilləri, çöl zonaları, yarğanlar boyunca dağlıq ərazilərdə.

“Biyan Sənaye Parkı” Ağdaş rayonunun Şıxlı kəndində yerləşir.

Biyan tarixi mənbələrdə

  • E. ə IV minillik, 6000 il əvvəl şumerlərin biyan kökündən müalicəvi məqsədlər üçün istifadə etdikləri arxiv yazılarda qeyd olunur.
  • E.ə. III minillik, 5000 il əvvəl Misirdə biyan kökündən mədə xəstəliklərinin müalicəsində istifadə edilib. Misir papiruslarında biyan kökü barədə bir çox məlumatlar aşkar edilmişdir. Heroqliflərlə yazılmış mənbələrdən məlum olmuşdur ki, biyan kökündən “maisus” adlanan gümrahlaşdırıcı və sakitləşdirici içkilər hazırlanırdı.
  • E. ə. II minillik, 4000 il əvvəl hititlər müxtəlif xəstəliklərin müalicəsində biyan kökündən istifadə ediblər.
  • E.ə. 1332-1323-cü illər, 3000 ildən çox əvvəl Tutanxamonun qəbrində biyan köklərinin qatranlaşmış formaları tapılmışdır.
  • E.ə. 384-322-ci illər, 2000 ildən çox əvvəl Aristotel biyan kökündən alınan ekstraktların astma, öskürək, sinəyumuşaldıcı təsirlərinin olduğunu qeyd etmişdir.
  • E.ə. 370-288-ci illər, 2000 ildən çox əvvəl Teofrastus (botanikanın yaradıcılarından biri) biyan kökünün susuzluğu aradan qaldıran xüsusiyyətinin olduğunu kəşf etmiş, həmçinin öskürək əleyhinə və sinəyumşaldıcı olduğunu qeyd etmişdir.
  • E.ə.356-323-cü illər, 2000 ildən çox əvvəl Makedoniyalı İsgəndərin ordusunun əsgərləri müqavimətlərini artırmaq, gümrahlaşmaq və susuzluqlarını yatırmaq məqsədilə biyandan istifadə etmişlər. (Bu məqsədlə Roma ordusunun və Birinci Dünya müharibəsində fransız və türk ordularının əsgərləri də biyandan istifadə etmişlər.)
  • Eramızın 980-1037-ci illəri, 1000 ildən çox əvvəl İbn Sina “Həkimlik elminin qanunu” traktatında biyan kökündən mədə, ağciyər xəstəlikləri zamanı istifadə etdiyini və biyan kökünün ən yaxşı bəlğəmgətirici vasitə olduğunu qeyd etmişdir.
  • Eramızın 1611-1682-ci illəri, 300 ildən çox əvvəl Övliya Çələbi “Səyahətnamə” əsərində biyan kökü haqqında bu sətirləri yazmışdır: “Bu məhsul dəyirmanlarda üyüdülür, bir gecə suda saxlanılır və şərbəti çıxarılır. Səhər və axşam bir kasa qəbul edilir. Cəmi Misir əhli bundan şəfa tapıb, adını da “İrkissus” qoyublar”.
  • Yapon alimləri biyanın tərkibindəki maddələrin faydasına görə jenşendən daha üstün olduğunu qeyd etmişlər.
  • Ayurveda bir çox reseptlərdə biyan kökünü “bitkilərin açarı” olaraq qəbul edir.

Biyan kökünün kimyəvi tərkibi və elmi təbabətdə tətbiqi

Bu gün biyan dünyada 10 ən məşhur müalicəvi bitkilər siyahısında birinci yeri tutur. Biyan bitkisinin tərkibi 200-dən artıq müxtəlif bioloji fəal maddələrlə zəngindir.

Tərkibindəki maddə
Miqdar
Təsiri
Qlisirrizin turşusu
8-13 %
  • iltihab əleyhinə (kortikosteroidəbənzər)
  • bəlğəmgətirici
  • bəlğəmdurulaşdırıcı
  • antiallergik
  • antidot
  • antioksidant
  • antikanserogen
  • hepatoprotektor
  • spazmolitik
  • yarasağaldıcı
  • virus əleyhinə
  • immunomodulyator
Flavonoidlər (likviritin, izolikviritin)
3-4 %
  • adaptogen
  • spazmolitik
  • ödqovucu
  • işlədici
  • yarasağaldıcı
  • eroziya və xora əleyhinə
Steroidlər
3.3 %
  • iltihab əleyhinə
  • adaptogen
  • antihistamin
  • böyrəküstü vəzinin qabığını
  • stimullaşdırır
  • qaraciyəri toksik maddələrin
  • zərərli təsirlərindən
  • qoruyur
  • hepatit zamanı immun
  • sistemini qoruyur
Efir yağları
0,03 %
  • iltihabəleyhinə
  • antiseptik
  • antibakterial
  • orqanizmi toksinlərdən
  • təmizləyir
  • immun sisteminə müsbət
  • təsir göstərir
Vitamin C
31,2 mq %
  • immun sistemini gücləndirir
  • güclü antioksidantdır
  • damarların sağlamlığı
  • üçün əvəzolunmazdır
Pektin maddələr
2,91- 4,60 %
  • Pektin maddələr- toksiki maddələri və ağır metalları orqanizmdən xaric edərək zərərsizləşdirir
Lipidlər
3-4 %
  • hüceyrədaxili proseslərin enerji təminedicisidir
  • hüceyrə membranının önəmli hissəsidir
  • sinir sistemi üçün və hüceyrədaxili siqnal ötürülməsi zamanı mühüm rola malikdir
Karbohidratlar
20 %-ə qədər
  • əsas enerji mənbəyini təşkil edir
Saponinlər
8 %
  • iltihab və mikrob əleyhinə
  • tənəffüs yolları və mədə-bağırsaq traktının selikli qişasının sekretor fəaliyyətini artırır, qıcıqlanmadan qoruyur
  • bəlğəmi durulaşdırır və xaric edilməsinə köməklik göstərir
  • virus əleyhinə təsir göstərərək xəstəliyin inkişafının və ağırlaşmasının qarşısını alır
  • ödqovucu təsirə malikdir
  • qaraciyəri toksik maddələrin zərərli təsirlərindən qoruyur
  • hepatit zamanı immun sistemini qoruyur
Zülal və amin
10 %-ə qədər
  • essensiyal amin turşuları və zülal insan və heyvan orqanizmində sintez olunmadığı üçün qidanın vacib tərkib hissələrindən biridir
  • katalizator funksiyasını yerinə yetirir (fermentlər)
  • hormonlar zülal olaraq orqanizmdə tənzimləyici rol oynayır
  • müxtəlif immunoqlobulinlər (zülallara aid olaraq) immunitet üçün əvəzolunmazdır
Qatranlar
1,75-4%
  • Müalicəvi təsiri yoxdur
Suda həll olan ekstraktiv maddələr
40-50 %
  • Bax: qlisirrizin turşusu,flavonoidlər, steroidlər,saponinlər, vitamin C