Biyan plantasiyası
937 ha sahəsi olan plantasiyada yüksək məhsuldarlığa nail olmaq, bitkiləri həşəratlar və quşlardan qorumaq, eyni zamanda ziyanvericilərə qarşı dərmanlama üsulundan istifadə etməmək üçün biyan vegetativ yolla çoxaldılır.
Əkin İtaliya istehsalı olan səpin avadanlıqları ilə aparılır. Torpaqları münbitləşdirmək məqsədilə bu günə qədər 1741 ha ərazidə arpa, 40 ha sahədə çəltik, 105 ha sahədə qarğıdalı və 224 ha sahədə biyan əkilmişdir. 2020-ci ilin mart-aprel aylarında 10 ha ərazidə biyanın toxum ilə əkininə start verilmişdir.
Biyan Tədarükü və Emalı Zavodu
- Zavod ISO və GMP standartlarına uyğun fəaliyyət göstərir.
- Ümumi sahəsi – 6 480 m²
- Gücü – saatda 2 300 kq
- Avadanlıq – “Bigtem” şirkəti (Türkiyə)
Avtomatik və əllə təmizlənmiş biyan kökləri konveyer vasitəsilə yuyucu maşına ötürülür, təzyiqli su vasitəsilə yuyulur, oradan titrəmə cihazına ötürülür və quru hava vasitəsilə köklərin üstündəki su qurudulur, elevatorlar vasitəsilə kəsmə cihazlarına ötürülür. Doğranmış biyan kökləri avtomatik seçilərək qurutma sobalarında 65- 80°C temperatur verilməklə 135 dəqiqə ərzində qurudulur və soyutma cihazından keçirilir. Sonra elevatordan titrəmə cihazına ötürülür və tozu təmizləndikdən sonra dolma xəttinə ötürülür. Avtomatik çəkilir, kisələrə doldurulur.
Bitki Ekstraktı və Sirop zavodu
- Zavod ISO və GMP standartlarına uyğun fəaliyyət göstərir.
- Ümumi sahəsi – 1 946 m²
- İllik istehsal gücü – 350 000 ədəd
- Avadanlıq – “Alfa Laval” şirkəti (İsveç), “Padovan” şirkəti (İtaliya)
İstehsal prosesində ilk olaraq biyan və digər bitkilərdən ekstraktlar alınaraq (7-8 saat ərzində) qatılaşdırılır. Daha sonra bu ekstraktlar kupaj bölümündə sadə şəkər şərbəti ilə qarışdırılır. Alınan müalicəvi və 100% bitki mənşəli, bioloji fəallığa malik şərbətlər 100 və 150 millilitrlik şüşə flakonlara doldurulur və qutulara yığılaraq uyğun nəm və temperaturda mühafizə olunması üçün müasir havalandırma sistemləri ilə təchiz olunmuş anbarlara göndərilir. İstehsal olunmuş hər bir məhsulun nümunələri “Şahid nümunələrinin saxlanma otağı”nda saxlanılır.
Kimyəvi və mikrobioloji laboratoriya
“Biyan Products” MMC-nin sınaq analizləri laboratoriyasının fəaliyyəti AZS İSO/IEC 17025:2009 standartının tələblərinə uyğun olaraq qurulmuşdur. Keyfiyyətin sabit saxlanılması, AZS İSO/IEC 17025:2009 standartının tələblərinin yerinə yetirilməsinə görə “Biyan Products” MMC-nin sınaq analizləri laboratoriyası 2019-cu ilin may ayında AZAK Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunub. Laboratoriya ABŞ, Almaniya, İngiltərə, Fransa, Yaponiya, İspaniya, İsveçrə, Çin, Hindistan, Malayziya istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyada biyan kökünün, qatılaşdırılmış biyan və bitki ekstraktının, biyan bitki əsaslı şərbətlərin və suyun laboratoriya sınaqları həyata keçirilir.
İnzibati bina
Ümumi sahəsi – 569,5 m²
Ofis binası iki mərtəbədən ibarətdir.
I mərtəbə:
- Kiçik akt zalı – 1
- İş otağı – 5
- Kiçik iclas otağı – 1
- Mətbəx – 1
II mərtəbə:
- Yataq otağı – 4
Anbarlar
Biyan Sənaye Parkında 18 anbar mövcuddur. Müasir havalandırma sistemi ilə təchiz olunmuş anbarlarlarda saxlanma şəraiti ISO VƏ GMP standartlarına cavab verir. Burada xammal, müxtəlif kimyəvi maddələr, istehsalda işlədilən texniki vasitələr, siroplar vitrin şəraitində yerləşdirilir.
Həmçinin Bakı şəhərində eyni standartlara cavab verən anbar mövcuddur. Bu anbarda hazır məhsullar saxlanılaraq satış məntəqələrinə çatdırılır.