Biyan Products

Tariximiz

2012-ci ildən fəaliyyət göstərən "Biyan Products" MMC tərəfindən biyan kökündən beş ad altında 100% bitki tərkibli, bioloji fəallığa malik qida əlavələri- siroplar hazırlanır: Biyan şərbəti, Biyan İmmunovit, Biyan Sed, Biyan Qripson, Biyan Broncho.

Torpaq sahələrimizdə yetişdirilən ekoloji təmiz bitkilərdən zavodda insan orqanizminə müsbət təsir göstərəcək yüksək keyfiyyətli bioloji fəallığa malik qida əlavələri istehsal etmək, Azərbaycan brendini dünya bazarına çıxartmaqla ölkəmizi tanıtmaq, əkinçilik, istehsal və sənaye sahələri üzrə dünya liderlərindən biri olmaq ən ündə amallarımızdan biridir.

Məqsədimiz

Azərbaycanda yetişən biyandan hazırlanan 100% bitki tərkibli məhsulların istehsalını həyata keçirmək və bu məhsulları dünya biyan kökü bazarında yüksək mövqeyə çıxarmaq, bu sahədə mövcud iqtisadi potensialı dövlətin real gəlir mənbəyinə çevirməkdir. “Biyan Products” MMC-nin nəzdində fəaliyyət göstərən Biyan Sənaye Parkının, plantasiyaların yaradılmasında məqsəd artıq dünya bazarına müasir texnologiyalardan istifadə olunaraq emal olunmuş biyan kökü və biyandan hazırlanan bioloji fəallığa malik qida əlavələri, bitki mənşəli məhsullar çıxarmaqdır. Biyan kökü min bir dərdə dərmandır. Sağlamlığınızı düşünərək belə faydalı bitkidən təbii tərkibli məhsullar istehsal edərək sağlam gələcək qurmaq əsas məqsədimizdir.

Gələcəyə baxış

“Biyan Products” MMC xarici satış bazarlarına çıxmaq üçün dövlətin yaratdığı imkanlardan istifadə etmək niyyətindədir. Məhsulun əsas xarici satış bazarları qismində Avropa, Asiya və Amerika nəzərdə tutulur. Gələcəkdə istehsalın ildə 8000 tona çatdırılması planlaşdırılır.

Sertifikatlar və mükafatlarımız