Vakansiya

CV göndər

CV YÜKLƏ
MESAJINIZ QEYDƏ ALINDI. SİZİNLƏ TEZLİKLƏ ƏLAQƏ SAXLANILACAQ.
CV PDF və ya Microsoft word
formatında olmalıdır

İnsan resursları şöbəsinin məqsədi müəssisənin lazımi kadrlarla təmin edilməsi və işçilərin potensialından səmərəli istifadə edilməsinə köməklik göstərməkdir. Siz də komandamızın bir üzvü olmaq və "Biyan Products" kollektivi ilə birlikdə çalışmaq istəyisinizsə, CV-nizi bizə göndərin.

Vakansiyalar ilə bağlı əlavə məlumat üçün +994 50 290 35 32 mobil nömrəsi ilə əlaqə saxlamanızı və göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected], [email protected], [email protected] elektron ünvanlarına göndərmələri xahiş olunur.

Tibbi nümayəndə

İş barədə məlumat

“Biyan Products” MMC “tibbi nümayəndə” vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Müştərilərin cəlb edilməsi və onlarla danışıqların aparılması;
  • Şirkətə məxsus məhsulların təqdimatı;
  • Mütəmadi olaraq tibb müəssisələrində və apteklərdə görüşlərin keçirilməsi;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
  • Müştəri məmnuniyyətini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə öz təkliflərini bildirmək;
  • Görülən işlər barədə gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizədə dair tələblər:

Təhsil: Ali (tibb təhsilli namizədlərə üstünlük verilir); Yaş: 25-40;

İş təcrübəsi:

  • Satış sahəsində 1 ildən çox təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (orta) və İngilis dili (arzuolunandır);
  • İT üzrə biliklər: MS Office proqramları.

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, lakonik və özünə əminliklə təqdim etmə bacarığı;
  • Təmkinli, stressə davamlı, biznes etikasına riayət etmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

İş şərtləri:

  • Rəsmi müqavilə bağlanılır;
  • İş vaxtı: 09:00-dan– 18:00-dək;
  • İş qrafiki: I-V günlər;

Təkliflər:

  • Əməkhaqqı sabit maaş;
  • Əlavə olaraq satışa uyğun bonus hesablanır.