BİYAN KöKü MəHSULLARI
Qəpikvari Qəpikvari kəsimli şirin biyan kökü
Ölkəmizdə daha çox istifadə olunan qəpikvari kəsilmiş biyan kökləri yerli bazarda tələb olunan məhsullar sırasındadır.
Avtomatik və əllə təmizlənmiş biyan kökləri konveyer vasitəsilə yuyucu maşına ötürülür, təzyiqli su vasitəsilə yuyulur, oradan titrəmə cihazına ötürülür və quru hava vasitəsilə köklərin üstündəki su qurudulur, elevatorlar vasitəsilə kəsmə cihazlarına ötürülür.
Doğranmış biyan kökləri avtomatik seçilərək qurutma sobalarında 65-80°C temperatur verilməklə 135 dəqiqə ərzində qurudulur və soyutma cihazından keçirilir. Sonra elevatordan titrəmə cihazına ötürülür və tozu təmizləndikdən sonra dolma xəttinə ötürülür. Avtomatik çəkilir, kisələrə doldurulur. Sonra məhsul uyğun nəm və temperaturda mühafizə olunması üçün müasir havalandırma sistemləri ilə təhciz olunmuş anbarlara göndərilir.