Məhsullar

Biyan kökünün zəngin tərkibi ondan yalnız təbabətdə deyil, müxtəlif sənaye sahələrində, qida məhsulları sənayesində, tikinti materialları istehsalında, kosmetologiyada və s. sahələrdə istifadə etməyə imkan verir. Bitki Ekstraktı və Sirop Zavodunda istehsal olunan 100% bitki tərkibli, müalicəvi şərbətlər öskürək, iltihab, qrip və zökəm əleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlobini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malikdir.