Biyan kökü min bir dərdin dərmanıdır

Tarix:
09.10.2020
Baxış sayı:
2500

Artıq bir neçə aydır ki, istər dünya, istərsə də ölkə gündəminin əsas mövzusu viruslar, onların səbəb olduğu xəstəliklər və immunitetlə bağlıdır. Mütəxəssislər və həkimlər insanlara virusa yoluxmamaq üçün immun sistemlərini gücləndirməyi məsləhət görürlər. Bəs dərman preparatları olmadan, məhz təbii vasitələrlə immun sistemimizi necə gücləndirə bilərik?

Hazırda dünya əhalisi koronovirusla bağlı dərin narahatlıq içindədir. Çünki bu, yeni növ virusdur və onu məhv etmək üçün hələ dərman preparatları kəşf edilməyib. Müxtəlif ölkələrdə COVID-19 virusunu məhv etmək üçün yeni üsullar, yeni preparatlar təklif olunur. Lakin bu vasitələr virusu tam məhv etmir, onun təsirini 62%-ə qədər azaldır.

Hazırda bütün dünya əhalisi koronavirusun törətdiyi xəstəliklərdən çox narahatdır. Çünki bu növ virus yenidir və onu məhv etmək üçün hələ dərman preparatları kəşf edilməyib.

Artıq bir neçə aydır ki, istər dünya, istərsə də ölkə gündəminin əsas mövzusu viruslar, onların səbəb olduğu xəstəliklər və immunitetlə bağlıdır. Mütəxəssislər və həkimlər insanlara virusa yoluxmamaq üçün immun sistemlərini gücləndirməyi məsləhət görürlər. Bəs dərman preparatları olmadan, məhz təbii vasitələrlə immun sistemimizi necə gücləndirə bilərik?

Hazırda dünya əhalisi koronovirusla bağlı dərin narahatlıq içindədir. Çünki bu, yeni növ virusdur və onu məhv etmək üçün hələ dərman preparatları kəşf edilməyib. Müxtəlif ölkələrdə COVID-19 virusunu məhv etmək üçün yeni üsullar, yeni preparatlar təklif olunur. Lakin bu vasitələr virusu tam məhv etmir, onun təsirini 62%-ə qədər azaldır.

Çində xəstələrin ənənəvi üsullarla da müalicəsinə təşəbbüs göstərilib. Dərman bitkilərindən, iynəyarpaqlı küknarlardan və biyan kökündən alınan preparatlar geniş tətbiq edilib və müsbət nəticələr əldə olunub. Eyni zamanda, müxtəlif bitkilərdən alınan homniopatik, yəni immun sistemini gücləndirən preparatlardan da istifadə edilib.

Təbii vasitələrdən biyan, zəncəfil, evkalipt, cökə çox faydalıdır. Bu bitkilər dəm aldıqdan sonra inhalyasiya şəklində istifadə edilib. Onlardan istifadə xəstəliyin yüngül fazasında məsləhətdir.

Biyan bitkisi Çin təbabətində müxtəlif xəstəliklərin müalicəsində faydalı bitki kimi beş min ildir ki, geniş tətbiq olunur. Bu bitkinin limfatrop və immunatrop xassələrini isə ilk dəfə Azərbaycan alimləri aşkarlayaraq dünyaya bəyan edib.

Biyan preparatları effektiv şəkildə immun sistemini stimulə edir və gücləndirir. Ona görə də immun sisteminin gücləndirilməsinə ehtiyac olan bütün xəstəliklərin müalicəsində biyan məhsullarından mütləq şəkildə istifadə edilməlidir.

Biyan ölkəmizin təbii sərvətidir. Bu bitkiyə aid hazırda dünyada 8500 ixtira mövcuddur. Faydalı maddələrlə zəngin tərkibə (qlisirrizin turşusu, saponinlər, flavonoidlər, vitaminlər, üzvi turşular, mikroelementlər, qatranlar, fitoserenlər və bir çox başqa maddələr) malik olduğu üçün biyandan müasir üsullarla 200-dən artıq bioloji fəal maddə alınır.

Tərkibindəki maddələrin ən faydalısı saponin qlisirrizin turşusudur. Bu üzvi turşu antiviral xassəsinə görə İspaniyada istehsal olunan 20-ə qədər virus əleyhinə vasitənin, o cümlədən, “Biosid” və onun törəmələri hesab olunan preparatların əsas maddəsi olaraq geniş tətbiq olunur və istehsal həmin bu maddəyə əsasən aparılır. Qlisirrizin turşusu bir çox xəstəliyin müalicəsində istifadə olunur. Demək olar ki, o, min bir dərdin dərmanıdır.

Biyanın öskürək əleyhinə təsiri xüsusi maraq doğurur. Çünki biyan dünyada yeganə bitkidir ki, həm quru, həm də yaş öskürək zamanı geniş tətbiq olunur və dərman kimi çox gözəl təsirə malikdir. Biyanın həm limfastimuləedici, həm də immunstimuləedici təsirlərini nəzərə alaraq, ondan koronovirusun profilaktikasında, bəzi hallarda isə başqa virus əleyhinə preparatlarla kombinə edilmiş şəkildə çox yaxşı vasitə kimi istifadə etmək olar.

Biyan qədimdən bu günə qədər zəhərlənmələr əleyhinə istifadə olunan bütün dərman vasitələrinin tərkibinə daxil edilib. O, eyni zamanda 12 müxtəlif farmakoterapevtik, yəni tibbə məlum olan farmakologiya qruplarına da daxil edilib və geniş tətbiq olunur.

Biyan haqqında tibbdə çox geniş məlumatlar var. Ukraynalı professor İqor Ribalkinin (biyanı araşdıran professorlardan biridir) tövsiyəsinə əsasən biyan min xəstəliyin müalicəsində tətbiq olunur.

Dünyada bitən biyan növlərindən fərqli olaraq Azərbaycanda bitən biyanın tərkibində 24% qlisirrizin turşusu var. Yəni virus əleyhinə maddə ən çox vətənimizdə bitən biyanın tərkibindədir.

Azərbaycanda, Ağdaş rayonunun Şıxlı kəndində yerləşən Biyan Sənaye Parkına aid Bitki Ekstrakı və Sirop Zavodunda “BIYAN PRODUCTS” MMC-yə məxsus patentlər əsasında 100% bitki mənşəli, yüksəkkeyfiyyətli, bioloji fəallığa malik qida əlavələri istehsal olunur. Onlar öskürək əleyhinə, tənəffüs yollarının iltihablarında, bronxit, traxeit, pnevmoniyaların müxtəlif növlərində, zökəmin və immun sisteminin fəsadlarında çox effektiv təsir göstərir. O cümlədən, sedativ təsirli şərbətlər də mövcuddur.

Ölkəmizdə koronovirusun müalicəsində bizim milli biyan preparatlarımızdan profilaktik və müalicə məqsədilə istifadə etmək ən düzgün seçim olar.